SON DƏQİQƏ

KÖPÜK

Tarix:

18-06-2017, 23:41

/ 3 243 dəfə oxundu.
KÖPÜK


Orda hönkür-hönkür əl çalırdılar,
Yaltağın gülməli mükafatına.
Kimsə üyüdürdü...
həzz alırdılar,
Xəlvəti baş çəkib qırıq zatına;


Şitliyi çıxmışdı sözün kağıza,
Tərifin şor yeri düşmüşdü qalın.
Hörmət yapışmırdı dilə-ağıza,
Yeri dəyişmişdi bığın-saqqalın.


Boynunun dalını qaşıyırdı tük,
Daraq əyri çəkir düzünə,eyvah!
Bir üzü yaş idi,bir üzü sürtük,
Göy də tüpürürdü üzünə,eyvah;


O yerdə çox sözün yeri deyildi,
Səsi mıx çalırdı Mıxməmmədlərin.
Dinən ürəkdə xılt,boğazda dildi,
Söhbət qızgın idi,aralar sərin.


Özünü çox dartıb şeşələnmə hey,
Udduğun saxta ad,uduzduğun nə...
Düzgün adamlardan edib də giley,
Hürməyin nə idi,quduzduğun nə...


Boyuna yaraşmır boş ədan sada,
Eninlə uzunun tən olmuş sənin.
Yəqin yaradanda acıqlı,ya da,
Kefsiz vaxtı imiş səni verənin.


Yanının yoldaşı harda qalıb bəs,
İnsafmı,əl iti qala-hürə tək?!
Piyli boğazında tıxanır nəfəs,
Gözlərin oynayır büllur kürətək.


Gözünün altının farası da var,
Sən niyə bu qədər sönüksən,bə hıı...
Nə olsun,mədh edir səni yaltaqlar,
Xainsən,satqınsan,dönüksən,və... hıı...


17.06.2017
Süleyman Abdulla.

скачать dle 12.1

Şərhlər