SON DƏQİQƏ

BURA AZƏRBAYCANDIR

Tarix:

11-04-2017, 12:59

/ 4 287 dəfə oxundu.
BURA AZƏRBAYCANDIR

Bu təpəni görürsən?
Burda atam yatıbdır.
O təpəni görürsən?
Orda babam yatıbdır.
Hələ o dağı demə,
O dağın təpəsində
Ulu dədəm yatıbdır.
Bura Cocuq Mərcanlı,
O dağ Şahdağ,
Bu biri isə Soyuq,
Xoydasa gözəl Əvrin,
Urmuda Buzlu Sinə,
O yanda Tikan Təpə,
O da Sultan Savalan,
Bu Səhənd, o da Əlvənd;
Bura Azərbaycandır.

Bu qutsal torpaqlara
Qonaqsan, xoş gəlibsən,
Bir də yüz illik olsun,
Qonaq ancaq qonaqdır.
Ev yiyəsi minlər il
Torpağın qarışına
Minlərlə can, qan vermiş
Ulu babalarımdır.
Onunçün bu torpaqdan
Gəlib keçdiyin zaman
Səssiz ol, sayqılı ol.
Bizim ulu babalar
Qonağa hörmətlikən
Hörmətsizliyi sevməz.
Harda qalsın qonaqkən
Torpaq iddiasıyla
Həddini aşıb daşma;
Bura Azərbaycandır,

Həyasızlığa dözər,
Abırsızlığa dözər,
Nankorluqları amma
Saqın, heç vədə sevməz!
Gördüyün hər bir daşın
Gördüyün hər bir qaşın
Min illərlə yoğrulmuş
Zəngin bir yaddaşı var.
Kayinatın iliyi
Sümüyünə işləşmiş
Tarixi var, yaşı var.
Bu qutsal torpaqlara
Qaçıb sığındığnı,
Bu xalqın qapısına
Pənah gətirdiyini
Saqın, heç vaxt unutma!
Sənə yazığı gəlib
Qucağını açıbsa,
Saqın nankorluq etmə!
Bura Azərbaycandır,
Sən bir qonaqsan ancaq!

Araz Əhmədoğlu,
Aprel 08, 2017, Xoy.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər