SON DƏQİQƏ

Türkiyədən təyyarə uçmur

Tarix:

9-01-2017, 16:52

/ 4 297 dəfə oxundu.
Türkiyədən təyyarə uçmur

"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.
Bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.
Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.
Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.(Trend)

Gunaz.az

скачать dle 12.1

Şərhlər