SON DƏQİQƏ
» » Ərdoğan: “Məqsədləri Türkiyəni diz üstə qoymaqdır”

Ərdoğan: “Məqsədləri Türkiyəni diz üstə qoymaqdır”

Tarix:

6-01-2017, 21:50

/ 3 119 dəfə oxundu.
Ərdoğan: “Məqsədləri Türkiyəni diz üstə qoymaqdır”

Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur. "Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışında deyib. 

"Terrorçulara silah və pul verilir. Məqsəd Türkiyəni diz üstə qoymaqdır. Amma buna nail ola bilməyəcəklər. Türkiyə öz yolu ilə gedəcək. PKK, İŞİD, FETÖ Türkiyəyə ard-arda zərbə vurmağa çalışır. Heç kim inkar edə bilməz ki, onlar müəyyən güclər tərəfindən silahlandırılmır, maliyyələşdirilmir. Türkiyəyə açıq şəkildə qarşı çıxmağa qadir ola bilməyənlər terrorçuların əli ilə öz planlarını həyata keçirməyə çalışırlar". Onun sözlərinə görə, bu gün Türkiyəyə hücum edən terrorçuları dəstəkləyənlər sabah özləri bu təhlükəyə hədəf olacaqlar.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər