SON DƏQİQƏ

Haiti qiyamçılarının lideri həbs edildi

Tarix:

6-01-2017, 11:54

/ 2 665 dəfə oxundu.
Haiti qiyamçılarının lideri həbs edildi

Haiti qiyamçılarının eks-lideri Gi Filip həbs edilib.
Filip beynəlxalq order əsasında saxlanılıb. O, narkotik ticarətində və çirkli pulların yuyulmasında ittiham edilir.
Qiyamçıların liderinin həbsində ABŞ-ın narkotiklərlə mübarizə idarəsinin əməkdaşları da iştirak edib.
Gi Filip həbs edildikdən dərhal sonra onun ABŞ-a ekstradisiyası haqqında qərar qəbul edilib. O, dərhal ABŞ-a göndərilib.
Qeyd edək ki, Gi Filip 2004-cü ildə Haiti Prezidenti Bertran Aristidanın devrilməsinə rəhbərlik edib. Noyabrda o, deputat seçilib. Filip yanvarın 9-da deputat kimi fəaliyyətə başlayıb, toxunulmazlıq əldə etməliydi.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ