SON DƏQİQƏ

Əsəd kəndləri bombaladı

Tarix:

5-01-2017, 10:39

/ 3 045 dəfə oxundu.
Əsəd kəndləri bombaladı

Suriyanın paytaxtı Dəməşqin qərbində yerləşən Barada Vadisinə nəzarət edən Hizbullah döyüşçüləri Rusiya nümayəndələrini bölgəyə buraxmayıb.
Bölgə sakinləri Rusiyadan olan səlahiyyətli şəxslərlə əlaqə yaradaraq, bölgədəki vəziyyətə və atəşkəsin tətbiqinə baxış keçirilməsini tələb ediblər. Bundan sonra aralarında 4 rus zabitin da olduğu heyət bölgəyə baxış keçirmək istəyib. Ancaq Rusiya nümayəndələri müxaliflərin nəzarət etdiyi bölgədə gözləməyə məcbur edilib. Həmin bölgədə güc sahibi olan Hizbullah hərbiçiləri Rusiyadan olan nümayəndələri Deyr Kanunda yerləşən nəzarət nöqtəsində saxlayıb, bölgəyə girmələrinə icazə verilməyib.
Daha sonra Rusiya heyəti Dəməşqə geri qayıdıb. Nümayəndə heyəti geri qayıdan kimi Bəşər Əsəd ordusuna məxsus hərbi vertolyotlar gün ərzində Barada Vadisindəki kəndləri barrel bombası ilə vurub.

Gunaz.az

Əsəd kəndləri bombaladı

 

Əsəd kəndləri bombaladı

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər