SON DƏQİQƏ

Kurort şəhərində 6 nəfər güllələndi

Tarix:

5-01-2017, 08:56

/ 5 361 dəfə oxundu.
Kurort şəhərində  6 nəfər güllələndi

Meksikanın Akapulko kurort şəhərində silahlı insident baş verib.

 RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bir neçə silahlı şəxs ərzaq bazarında atəş açaraq 6 nəfəri güllələyib.

Qerrero ştatının təhlükəsizlik xidmətinin açıqlamasına əsasən, beş nəfər hadisə yerində, daha bir nəfər isə aldığı yaralardan xəstəxanada keçinib.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki,  Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ