SON DƏQİQƏ

Rusiya Suriyaya görə ABŞ-ı hədələdi

Tarix:

4-01-2017, 21:12

/ 1 887 dəfə oxundu.
Rusiya Suriyaya görə ABŞ-ı hədələdi

ABŞ özünün Suriyadakı fəaliyyətinə görə cavab verəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov söyləyib.
O, Suriyanın məhz ABŞ-ın sayəsində bu vəziyyətə gəldiyini bildirib:
"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2012-ci ildən bu yana bilərəkdən Suriyanın infrastrukturunu məhv edərək, legitim hakimiyyətin maksimal zəiflədilməsinə çalışıb. ABŞ-ın bombardman etdiyi ərazilərə İŞİD-in neft hasil edən obyektləri düşməyib. Bu isə öz növbəsində terrorçulara neftin qeyri-qanuni satışında aylıq on milyonlarla dolların əldə edilməsinə və bütün dünyadan yeni döyüşçülər cəlb edilməsinə imkan yaradıb. Əvvəl-axır buna görə cavab veriləcək. Məhz Amerika sayəsində Yaponiyanın Xirosima və Naqasaki şəhərində atom bombaları sınaqdan keçirilib, Laos və Vyetnamda kimyəvi reagentlər tətbiq edilib, məhz MKİ-nin yalan informasiyaları sayəsində ABŞ Əfqanıstan, İraq, Liviya və Yuqoslaviyada müharibələri alovlandırıb, bu ölkələrin iqtisadi infrastrukturunu yox edib”.
Qeyd edək ki, bundan öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan Rusiyanı Suriyada yandırılmış torpaq taktikasından istifadədə günahlandırıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər