SON DƏQİQƏ

Putinin dostu 180 milyon pensiya alacaq

Tarix:

4-01-2017, 14:41

/ 3 216 dəfə oxundu.
Putinin dostu 180 milyon pensiya alacaq

ABŞ-ın dövlət katibi postuna namizəd "ExxonMobil” şirkətinin başçısı Reks Tillerson şirkətdən 180 milyon dollar pensiya alacaq.

Bu haqda "Wall Street Journal” nəşri bildirib. Bundan başqa, bildirilir ki, Tillerson şirkətdəki səhmlərini sata biləcək. Hazırda onun sahib olduğu 600 min səhm təxminən 54 milyon dollar dəyərə malikdir. Qeyd edək ki, dövlət katibi postuna bir çox namizədlərin adı çəkilsə də, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Reks Tillersonun üzərində dayanıb. Reks Tillerson ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil”in başçısıdır. 2014-cü ildə sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın "Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirir. "Forbes” jurnalı Tillersonu 2015-ci ildə dünyanın ən nüfuzlu insanların reytinqində 25-ci yerə layiq görüb. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ