SON DƏQİQƏ
» » Filippində həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb

Filippində həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb

Tarix:

4-01-2017, 09:49

/ 3 727 dəfə oxundu.
Filippində həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb

Filippinin Kotabato əyalətində bir qrup naməlum şəxsin həbsxanaya silahlı hücumu zamanı ən azı 132 dustaq qaçmağa müvəffəq olub.
Bu barədə həbsxana əməkdaşına istinadən "Sinxua" məlumat yayıb.
Onun məlumatına görə, hücum edən şəxslər mühafizəçilərə atəş açıblar və nəticədə penitensiar müəssisənin bir əməkdaşı ölüb, daha biri yaralanıb.
"Hücum yaxşı planlaşdırılmış olub, qaçanlar mələfədən istifadə ediblər. Hazırda onların axtarışı üzrə əməliyyat aparılır", - deyə agentlik türmə əməkdaşının sözlərini sitat gətirib.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ