Rusiyanın ORSİS silah şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə tender skandalından sonra konstruktiv əməkdaşlığı yeniləyib.
Bunu ORSİS-in baş konstruktoru Maksim Beymetov deyib.
O, İrəvanla kontraktdan öncə danışıqların aparıldığını bildirib. Beymetov şirkətin rəhbərinin artıq müdafiə naziri Arşak Karapetyanla görüşdüyünü vurğulayıb.
Qeyd edək ki, David Tonoyanın dövründə ORSİS-lə skandal yaşanmışdı. Buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ORSİS-i bir neçə milyon dollarlıq tenderə buraxmaması olmuşdu. Bundan sonra ORSİS İrəvanın qara siyahısına daxil edilmişdi.