SON DƏQİQƏ

İran Ağ Evi MƏYUS ETDİ

Tarix:

1-03-2021, 08:32

/ 4 385 dəfə oxundu.
İran Ağ Evi MƏYUS ETDİ

Ağ Ev İranın qeyri-formal görüşdən imtina etməsi ilə bağlı məyusluğunu bildirir və "P5+1” üzrə tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir.

GunAz.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ qarşılıqlı şəkildə öhdəliklərə qayıtmaq üçün konstruktiv diplomatiyaya qayıtmağa hazırdır.

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik", — deyə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan öncə İran hakimiyyətinin ABŞ və Avropa Birliyinin Tehranın nüvə proqramı ilə əlaqədar birbaşa diplomatik əlaqələrə başlamaq təklifi ilə razılaşmadığı məlum olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ