SON DƏQİQƏ
» » Bu ölkə hava məkanını “Boeing 777”yə bağladı

Bu ölkə hava məkanını “Boeing 777”yə bağladı

Tarix:

22-02-2021, 22:48

/ 1 370 dəfə oxundu.
Bu ölkə hava məkanını “Boeing 777”yə bağladı

İngiltərə hava məkanını "Boeing 777” tipli sərnişin təyyarələrinə müvəqqəti olaraq bağlayıb.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Qrant Şaps deyib.

Qeyd edək ki, ABŞ-da 231 sərnişin və 10 heyət üzvü olan "United Airlines”a aid "Boeing 777-200” tipli sərnişin təyyarəsinin sağ mühərriki havaya qalxdıqdan qısa müddət sonra alışmışdı.

Bunun ardından "Boeing” hava yolu şirkətlərindən eyni tip təyyarələrin lazımi təhlillər aparılana qədər istifadə olunmamasını tələb etmişdi.
 
Birləşmiş Krallıq Mülki Aviasiya Təşkilatı "Boeing 777” təyyarəsindəki problemdən sonra "Pratt & Whitney 4000-112” konfiqurasiyasının İngiltərə hava məkanında istifadəsinin dayandırıldığını açıqlayıb. Bundan başqa, təşkilat bildirib ki, sözügedən konfiqurasiya Birləşmiş Krallıq hava yolları tərəfindən istifadə edilmir. qafqazinfo

скачать dle 12.1

Şərhlər