SON DƏQİQƏ
» » İran bu işdə Azərbaycana yardım etmək istəyir - Zərif açıqladı

İran bu işdə Azərbaycana yardım etmək istəyir - Zərif açıqladı

Tarix:

25-01-2021, 14:45

/ 7 001 dəfə oxundu.
İran bu işdə Azərbaycana yardım etmək istəyir - Zərif açıqladı

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır.

Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 25-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

"Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub", - XİN başçısı vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ