SON DƏQİQƏ

Qazaxıstanda olan əcnəbilərin diqqətinə

Tarix:

18-01-2021, 22:48

/ 1 319 dəfə oxundu.
Qazaxıstanda olan əcnəbilərin diqqətinə

Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatı qaydalarında dəyişiklik olunub.

GunAz.az xəbər verir ki, bu barədə Miqrasiya Xidməti Komitəsinin sədr müavini Sabırjan Seytjanov bildirib.

Koronavirusun yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya vizaları, səyahət sənədləri və qeydiyyat müddəti bitmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstanda qalma müddətini 2021-ci il iyunun 5-dək uzadıb.

COVİD-19 pandemiyası ilə əlaqədar birbaşa nəqliyyat əlaqələrinin olmaması, tranzit sərhədlərin bağlanması, təyyarə biletlərinin yüksək qiymətləri - bütün bu amillər qanuna tabe olan xarici vətəndaşların əksəriyyətinin vaxtında Qazaxıstandan çıxmasına mane olur.

Mövcud vəziyyəti nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəni tərk edən xarici vətəndaşlar inzibati məsuliyyətə cəlb olunmayacaqlar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ