SON DƏQİQƏ

ÜST rəsmisi karantin tədbirlərini futbol matçı ilə müqayisə etdi

Tarix:13-01-2021, 21:11 Oxunub:1 168

Bu gün koronavirusun yeni variantlarının xəstəliyin daha ağır gedişatına gətirib çıxardığına dair sübutlar yoxdur. Bəzi məlumatlar onların daha asan ötürüldüyü və daha sürətli yayıldığından bəhs edir.

GunAz.az  xəbər verir ki, bunu ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildoirib.

Rayan qeyd edib ki, bu, yeni, xüsusi tədbirlərin görülməsi zərurəti demək deyil və vəziyyəti futbol matçı ilə müqayisə edib:

"İkinci hissədə əvəzləmə tətbiq edildikdə oyunun qaydaları dəyişmir və futbolçular da eyni şəkildə oynayırlar. Sadəcə rəqib – bizim halda virus, onun oyununa əlavə enerji, yeni stimul verən yeni bir oyunçu əldə edir və bu, əlbəttə ki, məsələni çətinləşdirir".


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<