SON DƏQİQƏ
» » Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

Tarix:

1-12-2020, 20:00

/ 5 966 dəfə oxundu.
Pakistan Türkiyədən ”Bayraqdar” almaq istəyir

Pakistan Hindistanla sərhədə nəzarət etmək məqsədilə Türkiyədən zərbə PUA-ları almaq niyyətindədir. Bununla bağlı türk şirkətləri ilə danışıqlar aparılır.

Bu barədə "Eurasian Times” məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Hindistanla sərhədin 150 km-lik məsafəsinə nəzarət etmək üçün bir neçə saat qalma qabiliyyətinə sahib PUA-lar əldə etmək istəyir.

Sayt bildirib ki, Pakistan Qarabağ münaqişəsi zamanı döyüş meydanında istifadə olunan türk PUA-larını almağa ümid edir.

Pakistanın İLTER dron aşkarlama və zərərsizləşdirmə sistemləri üçün bir Türkiyənin Boğaziçi Savunma şirkətilə də danışıqlar apardığı bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ