SON DƏQİQƏ

Ermənilər Hitleri Rusiyada belə reklam etdi

Tarix:

28-11-2020, 22:07

/ 3 391 dəfə oxundu.
Ermənilər Hitleri Rusiyada belə reklam etdi

Rusiyanın Oryol şəhərinin qəzet köşklərində nasist Almaniyasının lideri Adolf Hitlerin təsvirini əks etdirən poçt markaları aşkar edilib. Bu fakt şəhər ictimayəti arasında səs-küyə səbəb olub. Yerli jurnalistlərin araşdırmaları zamanı maraqlı detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Oryol mediası məlumat yayıb.

Media nümayəndələri bu markaların hər birinin 290 rubla (3,8 dollar – red.) satıldığı dükanları üzə çıxarıb. Məlum olub ki, markalar Orelrospeçat MMC-də hazırlanıb.

Rusiyada nasist liderinin təbliğatının arxasında kim dayanır?

Bu sualın cavabı özünü çox gözlətməyib.

"İzah edin, niyə biz bu gün Hitleri cəmiyyətə göstərməməliyik?” – deyə Orelrospeçat MMC-nin baş direktoru Armenak Babayan iddialara reaksiya verərkən bildirib.

Markanın köşklərə kimin satdığı haqda suala isə o belə cavab verib: "Çox sayda müxtəlif tədarükçülər var, mən indi heç nə deyə bilmərəm”.

Orlov Hərbi-Tarix Muzeyinin baş elmi işçisi Valentin Çerneq bu barədə danışarkən bu sözləri deyib:

"Bizim Orlov vilayətində Sovet İttifaqının 200 yaxın qəhrəmanı var. Niyə markalarda onların şəkli yox, nasist Hitlerin şəkli yer alıb? Bu situasiya çoxlu suallar doğurur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ