SON DƏQİQƏ
» » Tomsk Merinin arvadı milyardlarla PULU BELƏ GİZLƏTDİ - VİDEO

Tomsk Merinin arvadı milyardlarla PULU BELƏ GİZLƏTDİ - VİDEO

Tarix:

19-11-2020, 08:56

/ 5 497 dəfə oxundu.
Tomsk Merinin arvadı milyardlarla PULU BELƏ GİZLƏTDİ - VİDEO

Rusiyanın Tomsk şəhərinin meri hüquq mühafizəçilərin yaxınlaşdığını görüb, eyvandan öz sürücüsünə içərisində milyardlarla rubl (bəzi mənbələrdə iki milyard rubl - 44 490 900 AZN) dəyərində bank hesabları olan balış atıb.

 

Bu barədə "Mash” "Telegram” kanalı kadrlar yayıb. Bildirilir ki, hesablar yerli və xarici banklara aid olub.

Qeyd edək ki, İvan Klyan bu gün onlayn iclas keçirərkən saxlanılıb. Həmin vaxt polis onun evinə də yollanıb. Polislər qapı ağzında gözləyərkən, merin arvadı Qalina sözügedən balışı sürücüsünə atıb.

Hüquq mühafizəçiləri evə girdikdə hər tərəfdə pulların səpələndiyini görüblər.

Qiymətli balışın eyvandan atılmasının da heç bir xeyri olmayıb, sonradan balış müsadirə edilib.

Hazırda qadın istintaqın işinə maneə törətməsi ilə əlaqədar dindirilir. /Oxu.az

http://baku.tv/embed/28403скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ