SON DƏQİQƏ
» » Türkiyədə ikinci zəlzələ: 12 ölü, 438 yaralı

Türkiyədə ikinci zəlzələ: 12 ölü, 438 yaralı

Tarix:

30-10-2020, 21:35

/ 1 303 dəfə oxundu.
Türkiyədə ikinci zəlzələ: 12 ölü, 438 yaralı

Egey dənizində 6,6 bal gücündə zəlzələ olub.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ İstanbul və İzmir şəhərlərində güclü hiss edilib.

Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

***

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb, 3 nəfər yaralı dağıntılar altından çıxarılıb.

***

Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

GunAz.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

***

Aydın vilayətinin Quşadası sahillərində də 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

***

İzmir zəlzələsi nəticəsində ölənlərin sayı 12-yə, yaralananların sayı isə 438-ə çatıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ