SON DƏQİQƏ
» » Paşinyan Mnatsakanyanın Pompeo ilə görüşməsi üçün çoxlu pul verib

Paşinyan Mnatsakanyanın Pompeo ilə görüşməsi üçün çoxlu pul verib

Tarix:

23-09-2020, 13:01

/ 3 184 dəfə oxundu.
Paşinyan Mnatsakanyanın Pompeo ilə görüşməsi üçün çoxlu pul verib

"Qraparak” qəzeti mənbələrinə istinadən Ermənistan hakimiyyətinin nəyin bahasına olursa-olsun oktyabrın əvvəlində Mnatsakanyan-Pompeo görüşünü təşkil etməyə çalışdığını yazır.

KONKRET.az xəbər verir ki, göründüyü kimi, Nikol Paşinyan erməni-amerika zirvə görüşlərinin olmamasına çox sərt yanaşır və xarici işlər naziri Zohrab Mnatsakanyana ABŞ dövlət katibi Mike Pompeo ilə görüşmək üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

"Bu görüşü təşkil etmək üçün Xarici İşlər Nazirliyinin, Ermənistanın Vaşinqtondakı səfirliyinin, erməni lobbiçilərinin və cəmiyyətin qüvvələri səfərbər edilib. Üstəlik, Ermənistan səfirliyi ABŞ dövlət katibi ilə görüş təşkil etmək üçün amerikalı lobbiçiləri işə götürüb və onlara dövlət büdcəsindən böyük məbləğlər ödəyib. Bunlardan biri keçmiş senator 97 yaşlı Bob Douldur” deyə qəzet yazır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ