SON DƏQİQƏ
» » Şahin Mustafayev İranın ölkəmizdəki səfiri ilə İrandan gətirilən yüklərin təhlükəsizliyini müzakirə edib

Şahin Mustafayev İranın ölkəmizdəki səfiri ilə İrandan gətirilən yüklərin təhlükəsizliyini müzakirə edib

Tarix:

18-09-2020, 15:36

/ 4 607 dəfə oxundu.
Şahin Mustafayev İranın ölkəmizdəki səfiri ilə İrandan gətirilən yüklərin təhlükəsizliyini müzakirə edib

Tehranın Bakıdakı səfiri Seyid Abbas Musəvi və Baş nazirin müavini və Azərbaycan Respublikası ilə İran Birgə İqtisadi Komissiyasının sədri Şahin Mustafayevlə iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadiyyat, ticarət sahəsindəki son vəziyyəti, ortaq layihələr və dost və qonşu ölkələr arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

İki saat davam edən görüşdə tərəflər inkişaflar və maneələri, habelə iki ölkənin ortaq iqtisadi əməkdaşlığındakı maneələri müzakirə edib

Eyni zamanda İran İslam Respublikası və Azərbaycan Respublikasının Yollar və Yol Nəqliyyat Təşkilatlarının rəsmiləri arasında onlayn danışıqlar aparıldı.

İranın Yollar və Nəqliyyat Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Ofisi Baş direktoru və Azərbaycan Avtomobil Nəqliyyatı Xidmətinin baş direktorunun rəhbərliyi ilə keçirilən bu iclasda tərəflər Azərbaycan Respublikasına daxil olan İran yükləri ilə bağlı məsələləri müzakirə edib. Daşınma (sığortalı yükün bir nəqliyyat vasitəsindən digərinə köçürülməsi) ilə əlaqəli, İranlı sürücülərin Azərbaycan tərəfin avtoparkında mövcud olan obyektlərin uyğunsuzluğu ilə bağlı narazılığına dair məsələlərin izlənilməsi müzakirə edildi və fikir mübadiləsi aparıldı.

Bütün İran yüklərinin Azərbaycan Respublikası ərazisində  sonuncu mənzilə qədər müşayiət olunması və iki ölkə arasında pasport mübadiləsinin artırılması ilə bağlı məsələlər də müzakirə edilib.


скачать dle 12.1

Şərhlər