SON DƏQİQƏ
» » Türkiyə ordusu 277 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 277 terrorçunu zərərsizləşdirdi

Tarix:

15-09-2020, 08:54

/ 3 459 dəfə oxundu.
Türkiyə ordusu 277 terrorçunu zərərsizləşdirdi

Təhlükəsizlik qüvvələrinin yay aylarında həyata keçirdikləri uğurlu əməliyyatlarda terror təşkilatı YPG/PKK-nın 277 üzvü zərərsizləşdirilib və təşkilata ağır zərbələr endirilib.

GunAz.az xəbər verir ki, ölkə daxilində və ölkədən kənarda təşkil edilən bu əməliyyatlarda zərərsizləşdirilən terrorçular arasında təşkilatın məsul şəxsləri də var.

Bunlar terrordan axtarılanlar siyahısında "qırmızı" kateqoriyada yer alan PKK-nın dırnaqarası Hakruk əyalət başçısı "Agit Garzan" kod adlı Murat Kalko, "narıncı" kateqoriyadakı İzzet Yiğit və Benazir Yılmaz, ilə "boz" kateqoriyada axtarılan "Sefkan Mardin" kod adlı Ferhat Ateşdir.

Türkiyə Silahlı Qüvvələri Tunceli, Diyarbakır, Bingöl, Erzincan, Erzurum, Ağrı, Kars, Hakkari, Şırnak, Mardin, Siirt, Bitlis və Van ərazilərində terrorçuların istifadə etdiyi sığınacaqlar, anbarları da məhv etdi.Publika.az


скачать dle 12.1

Şərhlər