SON DƏQİQƏ

Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ

Tarix:4-08-2020, 14:44 Oxunub:4 911

Rusiyada COVID-19 peyvəndinin uşaqlar üzərində sınaqları üçün hazırlıqlara başlanıb.

Bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya İnstitutunun rektoru Aleksandr Qitsburq danışıb.

Onun sözlərinə görə, sınaq mərhələlərinə gələn ilin ilk 2 ayında strat veriləcək: "İndi lazımi sənədlər üçün işlərə başladıq. Yetkinlər üzərinə bütün sınaqların başa çatmasından sonra uşaqlar üzərində sınaq keçirmək məqsədilə pediatrlarla Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədləri müəyyənləşdiririk”.

Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko daha əvvək Qamaley İnstitutunun hazırladığı peyvəndin kliniki sınaqlarınının tamamlandığını, lisenziya üçün lazım olan sənədlərin hazırlıq mərhələsində olduğunu bildirmişdi.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<