SON DƏQİQƏ
» » Türk nazir ermənilərə ULTİMATUM göndərdi: "Qətiyyətlə..."

Türk nazir ermənilərə ULTİMATUM göndərdi: "Qətiyyətlə..."

Tarix:

14-07-2020, 18:21

/ 5 093 dəfə oxundu.
Türk nazir ermənilərə ULTİMATUM göndərdi: "Qətiyyətlə..."

Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Ali hərbi rütbəli şəxslərlə həftəlik konfransda iştirak edən H.Akar Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı bunları deyib: "Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa və qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz işğal edən və illərlə təcavüzkar olan Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanacağıq və "bir millət, iki dövlət" olaraq qəbul etdiyimiz azərbaycanlı qardaş və bacılarımıza dəstəyimizi davam etdirəcəyik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ