SON DƏQİQƏ
» » Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI

Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI

Tarix:

10-07-2020, 19:11

/ 5 337 dəfə oxundu.
Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI

Digər dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsi davam etdirilir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Tərəfdar dövlətlər də karantin rejiminin yumşaldılmasına getsə də, onlarda da yoluxma artdı. Bu ölkələr də ölkəmizdə olduğu kimi təkrar qapanma rejiminə getdilər".

O bildirib ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi davam edir: "İstanbul-Bakı istiqaməti üzrə 4 hava uçuşları baş tutur. Eyni zamanda Avropa istiqamətində uşular baş tutacaq ki, Bakı-London-Bakı uçuşları olacaq. Həmçinin Bakı-Berlin-Bakı arasında da uçuşlar təşkil olunacaq. Bununla yanaşı bu həftə 250 vətəndaşımız Rusiyadan ölkəmizə gətirilib. Həmçinin qarşıdakı həftədə də bu iş davam etdiriləcək. Eyni zamanda İrandan, Gürcüstandan, Ər-riyaddan da vətədaşlarımızın gətirilməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlarımızın testdən keçməsi və ölkə daxilində 2 həftəlik karantin qaydalarına əməl etmələri tələb olunur".

Hikmət Hacıyev qeyd edib ki, Budapeşt, Daşkənd, Yekaterinburq, Qətərdən də çox saylı müraciətlər səbəbilə vətəndaşlarımızın gətirilməsi nəzərdə tutulur: "Xüsusilə dərs ili başa çatdığı üçün tələblərin gəlişinin təşkili ilə bağlı Bakı-İstanbul reysində müəyyən qiymət güzəştləri nəzərdə tutulur. Vətəndaşlardan maksimum dərəcədə xarici səfərlərdə çəkinmələrjni xahiş edirik".

скачать dle 12.1

Şərhlər