SON DƏQİQƏ
» » Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Tarix:

8-07-2020, 21:31

/ 1 250 dəfə oxundu.
Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Almaniyanın Vuppertal şəhərində zibilyandırma elektrik stansiyasından alınan hidrogen yanacağı ilə işləyən avtobuslar hərəkətə başlayıb.

GunAz.az-a məlumatına görə, ekoloji təmiz avtobuslar havaya yalnız su buxarı buraxır.

Hazırda şəhər ərazisində müxtəlif marşrutlar üzrə 10 belə avtobus hərəkət edir. Gələcəkdə bu avtobusların sayının iki dəfə artırılması gözlənilir.

Hidrogen yanacağı ilə işləyən avtobuslar 75 sərnişin daşımaq gücündədir.

 

Qeyd edək ki, Almaniyada 2018-ci ildən hidrogen yanacağı işləyən qatarlar fəaliyyət göstərir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ