SON DƏQİQƏ

Rusiya siyəsətinə 2-ci PUTİN QATILDI - DOSYE

Tarix:

7-07-2020, 08:38

/ 1 663 dəfə oxundu.
Rusiya siyəsətinə 2-ci PUTİN QATILDI - DOSYE

Rusiya Prezidenti Valdimir Putinin əmisi oğlunun siyasətə qatılması ölkə mətbuatında gündəm olub.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İqor Putinin oğlu Roman Putin "Xalq Korrupsiyaya Qarşı" adlı siyasi partiyanın sədri seçilib.

Mətbuatda dərc edilən məlumata görə, o da Federal Təhlükəsizlik Xidmətinin (FSB) korroupsiyaya qarşı mübarizə bölməsində çalışıb. Daha sonra şəxsi şirkətini yaradan Roman Putin 5 il müddətinə sözügedən partiyaya sədr seçilib.

Bildirilir ki, partiya yeni qurulub. Ölkə miqyasında tanınmır və parlamentdə təmsil olunmur.Ad - 00

Roman Putin ilk dəfə ölkə mətbuatına açıqlama verib:

"Öncə sentyabr ayında regional seçkidə mübarizə aparacağıq. Növbəti hədəfimiz Federal Dumaya daxil olmaqdır. Korrupsiya varsa, onun üzərinə gedəcəyik".

Bildirilir ki, 42 yaşlı Roman Putinin partiyası Kremlə qarşı çıxmayacaq. Əksinə, ölkədə korrupsiyanın azaldılması üçün hökumətə dəstək verəcək.

скачать dle 12.1

Şərhlər