SON DƏQİQƏ
» » İlin üçüncü Ay tutulması hadisəsi baş verəcək

İlin üçüncü Ay tutulması hadisəsi baş verəcək

Tarix:

4-07-2020, 18:13

/ 5 478 dəfə oxundu.
İlin üçüncü Ay tutulması hadisəsi baş verəcək

İyul ayının 5-də yarımkölgəli Ay tutulması olacaq.

Bu barədə GunAz.az-a AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, tutulma hadisəsi saat 07:07-də başlayacaq və saat 09:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:31-də olacaq.

Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ