SON DƏQİQƏ
» » MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!

MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!

Tarix:

3-07-2020, 23:16

/ 1 303 dəfə oxundu.
MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!

İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın müvafiq rəsmi qurumlarına istinadla yayıb.

Bildirilir ki, yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə baş verməyib. Həmçinin qeyd edilib ki, yanğının səbəbi hələlik bəlli olmasa da, baş vermiş hadisə zamanı heç kim xəsarət almayıb.

Beynəlxalq qurum eyni zamanda təsdiqləyib ki, yanğın baş verərkən MAQATE müfəttişləri həmin ərazidə olmayıblar.

Qeyd edək ki, bundan öncə İranda Natanz nüvə zənginləşdirmə zavodunun açıq sahəsində yanğın olduğu bildirilmişdi.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ