SON DƏQİQƏ

Meksikada zəlzələ baş verib

Tarix:

2-07-2020, 22:47

/ 1 225 dəfə oxundu.
Meksikada zəlzələ baş verib

Meksikanın cənubundakı Oaxaka sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.

GunAz.az məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Milli Seysmoloji Xidməti bildirib.

Bildirilib ki, zəlzələnin episentri Pinotepa-Nasional şəhərindən 22 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

 

Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.

Xatırladaq ki, Oaxaka ştatının sahilində iyunun 23-də 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların 10 nəfər qurbanı olub, 20 nəfər xəsarət alıb. 2 mindən çox ev, 55 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.


скачать dle 12.1

Şərhlər