SON DƏQİQƏ
» » Rusiya koronavirus dərmanının ixracına başladı

Rusiya koronavirus dərmanının ixracına başladı

Tarix:

2-07-2020, 16:18

/ 4 627 dəfə oxundu.
Rusiya koronavirus dərmanının ixracına başladı

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) və "HimRar” Şirkətlər Qrupu koronavirusun müalicəsində istifadə olunan "Avifavir” preparatının ixracına başlayıb.

 GunAz.az. xəbər verir ki, bu barədə RBİF açıqlama yayıb.

Bildirilib ki, mayın sonunda Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən və iyunun sonundan koronavirus xəstəxanalarına göndərilən dərmanı ilk olaraq Belarus alıb. Qazaxıstana isə tədarükün yaxın zamanda reallaşdırılaması planlaşdırılır.

İyun ayında "HimRar” ilə birlikdə 60 minlik hədəfi aşaraq 100 min qutu dərman istehsal edən fond növbəti 1 ay ərzində də eyni miqdarda istehsalı həyata keçirəcək.

Açıqlamada qeyd olunub ki, dərmanla Latın Amerikası, Müstəqil Dövlətlər Birliyi və Yaxın Şərq ölkələri maraqlanır.

Qeyd edək ki, "Avifavir” dünyada koronavirusa qarşı istehsal edilmiş və təsdiqini tapmış dərmanlardan biridir və kliniki testlərdə effektivliyini sübut edib.

Rusiyada son 24 saatda 6 min 760 nəfər koronavirusa yoluxub, 147 nəfər ölüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ