SON DƏQİQƏ

Koronaya yoluxan Nazarbayevin son durumu

Tarix:

20-06-2020, 21:29

/ 1 238 dəfə oxundu.
Koronaya yoluxan Nazarbayevin son durumu

Koronavirusa yoluxan Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

GunAz.az xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay mətbuata açıqlamasında deyib. O bildirib ki, Nazarbayev xəstəliyi simptomsuz keçirir:

"Onun temperaturu stabildir və həkimlərin nəzarəti altındadır. Həkimlər narahatlıq üçün heç bir əsas olmadığını bildirirlər”.

Mətbuat katibi onu da vurğulayıb ki, Nazarbayev izolyasiya tədbirləri çərçivəsində distant rejimdə çalışır:

"Bu günlərdə dost ölkələrin liderləri ilə telefonda danışıb. İş fəaliyyətində müasir rabitə vasitələri, videokonfranslar və xüsusi dövlət rabitə vasitələrindən istifadə olunur. Ofis sənədləri isə sanitariya normalarına uyğun şəkildə ötürülür”.


скачать dle 12.1

Şərhlər