SON DƏQİQƏ
» » Rusiya virusa qarşı peyvənd istehsalına başlayır - TARİX AÇIQLANDI

Rusiya virusa qarşı peyvənd istehsalına başlayır - TARİX AÇIQLANDI

Tarix:

20-06-2020, 18:03

/ 5 077 dəfə oxundu.
Rusiya virusa qarşı peyvənd istehsalına başlayır - TARİX AÇIQLANDI

Yeni tip koronavirusa qarşı Rusiyanın hazırladığı peyvəndin istehsalı payız aylarında başlaya bilər.

Bunu N.F.Qamaleya Milli Epidemioloji və Mikrobioloji Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

Onun sözlərinə görə, mərkəz tərəfindən yaradılan koronavirusa qarşı immun testi sistemi sayəsində 4 minə yaxın qan plazması nümunəsi analiz edilib. Bu test insan qanında koronavirusu zərərsizləşdirən antikorların olub-olmadığına dair məlumat əldə edir və xəstəliyi yaşayanların qan plazmasının keyfiyyətli şəkildə testdən keçirilməsini təmin edir.

Peyvəndin böyük və kiçik heyvanlarda toksiki, təhlükəsizlik, immun və müdafiə təsiri baxımından testləri Müdafiə Nazirliyinin 48 nömrəli Mərkəzi Elmi Araşdırmalar Qurumunda baş tutub. Daha sonra kliniki testlərə başlanıb.

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvəndin ümidverici nəticələrinin olacağına inandığını dilə gətirib və bu peyvəndi keyfiyyət baxımından dünyada ən yaxşı adlandırıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ