SON DƏQİQƏ
» » ABŞ BƏƏ-ni təhdid etdi: Suriyada səfirlik açsalar...

ABŞ BƏƏ-ni təhdid etdi: Suriyada səfirlik açsalar...

Tarix:

19-06-2020, 23:56

/ 1 257 dəfə oxundu.
ABŞ BƏƏ-ni təhdid etdi: Suriyada səfirlik açsalar...

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriya rejimi ilə əlaqələri davam etdirəcəyi halda sanksiyalara məruz qala bilər.

GunAz.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

O, BƏƏ-nin yenidən Dəməşqdə səfirlik açmaq niyyətlərinə qarşı olduğunu bildirib:

"Müstəqil ölkədir, belə qərar verə bilərlər. Lakin biz onlara bunun pis fikir olduğunu dedik. Bu addım BMT TŞ-nin qərarlarını tətbiq etməyə və bütün region üçün problem olan bu konflikti bitirməyə yardımçı olmayacaq”.


скачать dle 12.1

Şərhlər