SON DƏQİQƏ
» » Qazaxıstanda güclü zəlzələ baş verdi – 6.2 bal

Qazaxıstanda güclü zəlzələ baş verdi – 6.2 bal

Tarix:

6-06-2020, 12:38

/ 3 158 dəfə oxundu.
Qazaxıstanda güclü zəlzələ baş verdi – 6.2 bal

Ötən gecə Qazaxıstanın Almatı vilayətində 6,2 bal gücündə zəlzələ baş verib.

Regional fövqəladə hallar idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yeraltı təkanlar rayon mərkəzi – Taldıkorqan və ölkənin ən böyük şəhəri – Almatı sakinləri tərəfindən hiss olunub.

Mənbə bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 06.10-da (Bakı vaxtı ilə saat 04.10) qeydə alınıb, itki və dağıntı barədə məlumat verilməyib.

"Zəlzələnin episentri Almatıdan 244 km şimal-şərqdə, dağlarda, Eskeldinski rayonu ərazisində yerləşib” deyə məlumatda bildirilir.

Baş vermə dərinliyi 25 kilometrdir. Yeraltı təkanlar Taldıkorqanda dörd bal gücündə, Almatıda  təxminən iki bal gücündə hiss olunub.

Almatı vilayətinin Fövqəladə Hallar İdarəsi vəziyyəti aydınlaşdırmaq üçün yerli icra orqanlarına, polis şöbəsinə, prokurorluğa və digər təşkilatlara xəbərdarlıq edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ