SON DƏQİQƏ
» » Yoluxucu xəstələrin müalicə aldığı xəstəxana yandı: ölən var

Yoluxucu xəstələrin müalicə aldığı xəstəxana yandı: ölən var

Tarix:

3-06-2020, 16:42

/ 3 119 dəfə oxundu.
Yoluxucu xəstələrin müalicə aldığı xəstəxana yandı: ölən var

Rusiyanın Sankt-Peterburq şəhərindəki Botkinski Yoluxucu Xəstəliklər Xəstəxanasında yanğın olub.

Hadisədə 1 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda dördmərtəbəli binanın 11 nömrəli bölməsində yataq və mebellərin alışdığı qeyd edilib. Dünyasını dəyişən şəxs isə tüstüdən boğulub.

Alov xəstəxana işçiləri tərəfindən söndürülüb.

Rusiya mətbuatına açıqlama verən rəsmilər ölən xəstənin koronavirus daşımadığını deyib. Başqa bir mənbə isə ölən şəxsin koronavirus xəstəsi olduğunu, siqaret çəkdiyi əsnada yuxuya daldığını iddia edib.

Qeyd edək ki, xəstəxanada 51-i yataqda olmaqla, 274 xəstə müalicə alır. Xəstəxananın 87 nəfərlik işçi heyəti var.

Xatırladaq ki, Rusiyada bu günə qədər koronavirus xəstələrinin müalicə aldığı 3 xəstəxanada yanğın olub. Hadisələr süni tənəffüs aparatlarındakı nasazlıqdan meydana gəlib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ