SON DƏQİQƏ
» » Bu şəhərdə 28 may Azərbaycan Günü elan edildi-XOŞ XƏBƏR

Bu şəhərdə 28 may Azərbaycan Günü elan edildi-XOŞ XƏBƏR

Tarix:

22-05-2020, 08:32

/ 1 833 dəfə oxundu.
Bu şəhərdə 28 may Azərbaycan Günü elan edildi-XOŞ XƏBƏR

ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən "Report”un xüsusi müxbirinə verilən məlumata görə, mer C. Kuper 20 may tarixində ofisin digər rəsmiləri və sakinlərlə birlikdə keçirdiyi virtual görüşdə bəyannaməni Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının təsisçisi və prezidenti, soydaşımız Töhfə Eminovaya təqdim edib. 

Görüş zamanı mer Kuper bəyannamənin mətnini oxuyaraq izləyicilərin diqqətinə çatdırıb.

Bəyannamədə deyilir ki, Amerika azərbaycanlıları regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşma, sülh və rifaha verdiyi töhfələri ilə Florida cəmiyyətində güclü bir mövqeyə sahibdirlər. Floridanın Amerika-Azərbaycanlıları Mədəniyyət Assosiasiyası 26 oktyabr 2006-cı ildə bu cəmiyyətə dəstək məqsədilə yaradılıb.

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. 

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir. Qeyd olunub ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji partnyorudur.

Sonda şəhərin meri imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini şəhərdə Azərbaycan Günü elan edir və bütün sakinləri Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırır.

Çıxışında C.Kuper Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü ilə bağlı ABŞ-da yaşayan Azərbaycan icması və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi ilə birgə keçirəcəyi virtual tədbirdə iştirak üçün səfirliyə və Assosiyasiyaya təşəkkürünü bildirib.

Vüsalə Abbasova


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ