SON DƏQİQƏ

Alimlər koronaya qarşı bu dərmanı məsləhət gördü

Tarix:10-04-2020, 21:23 Oxunub:1 007

Rusiya alimləri "Mefloksin” maddəsi əsasında hazırlanmış dərmanların koronavirus infeksiyasının müalicəsində səmərəli olduğunu sübuta yetiriblər.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Tibbi-Biologiya Agentliyi məlumat yayıb. Agentliyin rəhbəri Veronika Skvortsovanın sözlərinə görə, "Mefloksin” "SARS-CoV-2” virusunun təsirinin qarşısını tamamilə ala bilir.
"Mefloksin” (latınca "mefloquinum”) maddəsi əsasında hazırlanmış dərmanlardan malyariyanın yüngül və orta formalarının profilaktikası və müalicəsində istifadə olunur. Maddə 1970-ci ildə Vyetnam müharibəsi başa çatdıqdan sonra ABŞ ordusunda istifadə edilmək üçün hazırlanıb. Hazırda "Mefloksin” əsasında hazırlanan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi mühüm preparatlar sırasındadır.
"Mefloksin” hiperhəssas və epilepsiyalı şəxslərə, eləcə də kəskin psixoz müşahidə edilən pasiyentlərə verilmir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<