SON DƏQİQƏ
» » Erməni qrupundan şok bəyanat- Ölümlər gizlədilir

Erməni qrupundan şok bəyanat- Ölümlər gizlədilir

Tarix:

9-04-2020, 09:07

/ 1 828 dəfə oxundu.
Erməni qrupundan şok bəyanat- Ölümlər gizlədilir

"COVİD-10 Ermənistan” qrupu Ermənistanda koronavirusla bağlı vəziyyətə dair növbəti müraciət yayıb.
Qrup fövqəladə vəziyyət rejimini nəzarə alaraq, bəzi faktların dəqiqləşdirilməsi üçün müraciət etdiklərini, lakin rəsmi qurumların faktları gizlətdiyini açıqlayıb.
Qrup əsasən hakimiyyətin gizlətməyə çalışdığı iki fakta diqqət çəkib: Birincisi, ikiaylıq körpənin koronavirusa yoluxması. Belə ki, bu faktı Səhiyyə Nazirliyi ciddi şəkildə təkzib etməyə çalışıb, yalnız məlumatlar ictimailəşəndən sonra etiraf etmək məcburiyyətində qalıb.
İkinci fakt isə Alapars kəndindəki 59 yaşlı M.Q. adlı qadınla bağlıdır. Rəsmi məlumatda qadının infarktdan öldüyü bildirilmişdi. Daha sonra isə ölən qadının əri və oğlunun koronavirusla bağlı test nəticələri pozitiv çıxdı.
"Buna baxmayaraq, qadının ölüm səbəbi kimi yenə də koronavirus pandemiyası göstərilmədi. Buna görə də hesab edirik ki, Ermənistan hökuməti koronavirusdan ölüm faktlarını ciddi şəkildə gizlədir”, - müraciətdə bildirilib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ