SON DƏQİQƏ

TBMM-də dava: Deputatlar bir-birinə girdi

Tarix:

9-04-2020, 08:17

/ 1 124 dəfə oxundu.
TBMM-də dava: Deputatlar bir-birinə girdi

Türkiyə Böyük Millət Məclisində MHP və HDP millət vəkilləri arasında qalmaqal yaşanıb.
GunAz.az xəbər verir ki, MHP millət vəkili Camal Enginyurd çıxışı zamanı heç kəsin PKK terrorçularının əfv ediləcəyini gözləməməli olduğunu söyləyib:
"PKK terrorçuları odun toplamağa gedən kəndlilərə hücum edir. PKK şərəfsiz bir təşkilatdır. Kimsə məclisdən PKK xainlərinin bağışlanmasını gözləməməlidir, mən bunu buradan elan edirəm".
Deputatın bu sözlərindən sonra HDP-çi millət vəkilləri qəfildən salonda qarışıqlıq salıb və bundan sonra ara qarışıb. Bundan sonra isə məclisin iclası müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Türkiyədə 90 min məhbusun azadlığa buraxılacağı gözlənilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ