SON DƏQİQƏ

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Tarix:

3-04-2020, 08:08

/ 2 717 dəfə oxundu.
Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

ABŞ-ın Con Hopkins Universiteti dünyada koronavirusa yoluxma halları ilə bağlı son hesablamalarını açıqlayıb.

Bu barədə "Report” RİA "Novosti”yə istinadən xəbər verir.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 1 milyonu ötüb.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub.

Universitet rəsmi mənbələri və KİV üzrə statistikanı ümumiləşdirib. 

Daha əvvəl TASS da bildirib ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanınazı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ