SON DƏQİQƏ

Ruhanidən koronavirusla bağlı şok açıqlama

Tarix:

2-04-2020, 15:42

/ 1 921 dəfə oxundu.
Ruhanidən koronavirusla bağlı şok açıqlama

"Koronavirus ilin sonuna qədər bizimlə qala bilər”.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
İran Dövlət Televiziyasının xəbərinə görə, paytaxt Tehranda təşkil edilən Koronavirusla Milli Mübarizə Komissiyasının brifinqində çıxış edən Ruhani pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin də ilin sonuna qədər qüvvədə qalacağını diqqətə çatdırıb.
Görülən tədbirlər və sosial məsafə xəbərdarlıqlarına uyğun hərəkət edən İran xalqına təşəkkürünü çatdıran prezident virusun nə zaman tamamilə bitəcəyini bilmədiklərini deyib.
Qeyd edək ki, İranda Hicri-qəməri təqviminə görə, ilin sonu Miladi təqvimin 20 martına təsadüf edir.
Son rəqəmlərə görə, İranda 50 min 468 nəfər koronavirusa yoluxub. 3 min 160 nəfər ölüb, 15 min 473-ü sağalıb. 3 min 871 nəfərin vəziyyəti ağırdır
скачать dle 12.1

Şərhlər