SON DƏQİQƏ
» » ABŞ Azərbaycana yardım ayırır: Koronavirusla mübarizəyə 1.7 milyon dollar

ABŞ Azərbaycana yardım ayırır: Koronavirusla mübarizəyə 1.7 milyon dollar

Tarix:

28-03-2020, 13:41

/ 1 858 dəfə oxundu.
ABŞ Azərbaycana yardım ayırır: Koronavirusla mübarizəyə 1.7 milyon dollar

Amerika Birləşmiş Ştatları cümə günü bəzi riskli 64 ölkəyə qlobal COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün əlavə maliyyə yardımı edilməsini  bəyan edib.
TURAN-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə,  Azərbaycan "laboratoriya sistemlərini hazırlamaq, yoluxma hallarını müəyyənləşdirmək, mütəxəssislərə dəstək vermək, hazırlıq təmin etmək və risklər haqqında məlumat vermək üçün” 1.7 milyon dollar dəyərində tibbi yardım alacaq.
Dövlət Departamentinin bülletenində deyilir: "Son 20 il ərzində ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə təxminən 41 milyon dollar və ümumi yardım məqsədləri üçün  890 milyon dollardan çox sərmayə qoymuşdur”.
ABŞ hökuməti "COVID-19 pandemiyasına cavab olaraq dünyada humanitar və tibbi xidmət göstərir. Bütün lazımi mənbələri həm ölkə daxilində, həm də xaricdə tez bir zamanda cavablandırmaq üçün səfərbər edəcəyik”, – deyə məlumarda qeyd edilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ