SON DƏQİQƏ
» » İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb

İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb

Tarix:

23-03-2020, 14:35

/ 1 841 dəfə oxundu.
İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb

İtaliyada koronavirusa yoluxan xəstələrin ölüm səviyyəsinin yüksək olması əhalinin əksər hissəsinin yaşlı nəslin nümayəndələri olması və testin yalnız aşkar simptomları olan şəxslərdə aparılması ilə əlaqədardır.
Bu barədə İtaliyanın "Corriere della Sera” qəzeti qeyd edib.
 İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə göstəricisindən yüksəkdir.
Gündəlik dərc edilən məlumatlara əsasən, İtaliyada ölüm nisbəti 9% (şimaldakı Lombardiya vilayətində 12%), Çində isə 3,8% (5,8% Uhanda, 0,7% isə ölkənin digər ərazilərində) təşkil edir.
"Corriere della Sera” qəzetinin qənatincə, bu rəqəmlər həqiqi yoluxma dərəcəsinin miqyasını əks etdirmir, çünki epidemiyanın artması ilə İtaliya test aparılması strategiyasını dəyişdirdi. Fevralın 21-dən sonra Lombardiya vilayətinin balaca şəhəri Kodonioda ilk yoluxma hallarının  aşkar edilməsinin ardınca  yoluxmuş şəxslərlə təmasda olan hər kəs testdən keçirilirdi.
Lakin yoluxma sayının artması, eyni zamanda ləvazimat və heyətin çatışmamasına görə, yalnız daha aşkar və kifayət qədər ağır simptomlar müşahidə olunan insanlarda test aparılması barədə qərar qəbul edildi.
Nəhayət, nəşr qeyd edib ki, daha çox tənəffüs yollarına təsir edən bu xəstəlikdən ölüm sayının çox olması əhalinin ağ ciyərləri ilə bağlı ümumi vəziyyəti əks etdirir. Bununla əlaqədar, atmosferə atılan zərərli hissəciklərin miqdarının əhəmiyyətli dərəcədə yüksək olduğu İtaliyanın şimalındakı böyük şəhərlərdə son illərdəki əlverişsiz ekoloji vəziyyət göstərilə bilər.
Bundan başqa, ekspertlər müəyyən ediblər ki, daha ağır vəziyətlərdə xəstələr tez-tez siqaret çəkənlərdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ