SON DƏQİQƏ

Merkel karantinidə

Tarix:

23-03-2020, 08:17

/ 2 657 dəfə oxundu.
Merkel karantinidə

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ev karantininə göndərilir.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
Qeyd edilir ki, buna səbəb kanslerin bu günlərdə koronavirusa yoluxmuş həkimlə təmasda olmasıdır. 
"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib”, - o deyib. "Kansler dərhal ev karantininə getməyə qərar verdi", - Zaybert əlavə edib.
Onun sözlərinə görə, kansler yaxın günlərdə virusla bağlı testlər verəcək. "Kansler həmçinin ev karantinində xidməti vəzifələrini yerinə yetirəcək", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
Rəsmi məlumatlara görə, AFR-də koronavirusa yoluxanların ümumi sayı 18,6 min nəfər təşkil edir. Ölkədə 55 nəfər COVID-19 infeksiyasından ölüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ