SON DƏQİQƏ
» » İranda yeddi minə yaxın koronavirus xəstəsi sağalıb

İranda yeddi minə yaxın koronavirus xəstəsi sağalıb

Tarix:

21-03-2020, 08:40

/ 2 774 dəfə oxundu.
İranda yeddi minə yaxın koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan təqribən 6745 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
İranın səhiyyə nazirinin müavini Əlireza Rəisi bu gün müxbirlər qarşısında ölkədə 19644 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 1433 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.
İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin iştirakı ilə sürətlə həyata keçirilməkdədir.
скачать dle 12.1

Şərhlər