SON DƏQİQƏ

Türkiyə ordusu İdlibdən çıxır? – Rəsmi

Tarix:

20-03-2020, 17:43

/ 2 125 dəfə oxundu.
Türkiyə ordusu İdlibdən çıxır? – Rəsmi

Türkiyə ordusunun İdlibdən çıxması ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi yayılan məlumatı təkzib edib.
"Türkiyə Silahlı Qüvvələri martın 6-dan etibarən İdlib gərginliyi azaltma bölgəsində atəşkəs razılaşmasına uyğun olaraq planlaşdırılmış şəkildə fəaliyyətini davam etdirir. Bəzi KİV-lər tərəfindən ordunun bölgədən çıxarılması ilə bağlı yayilan məlumatlar həqiqəti əks etdirmir.
Moskva razılaşması çərçivəsində atəşkəsin birdəfəlik təmin olunması, axan qanın dayandırılması, qoşunlarımızın təhlükəsizliyi və günahsız mülki şəxslərin el-obasına qayıtması üçün lazım olan bütün işlər tam qətiyyətlə həyata keçirilməkdədir”, - nazirliyin məlumatında bildirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ