SON DƏQİQƏ
» » Hindistanda müsəlmanlarla toqquşma: 20 ölü, 250 yaralı

Hindistanda müsəlmanlarla toqquşma: 20 ölü, 250 yaralı

Tarix:

26-02-2020, 14:24

/ 1 892 dəfə oxundu.
Hindistanda müsəlmanlarla toqquşma: 20 ölü, 250 yaralı

Hindistanın paytaxtı Dehlinin şimal-şərqində vətəndaşlıq haqqında qanunun tərəfdarları və əleyhdarları arasındakı toqquşmalar nəticəsində 20 nəfər ölüb.

Bu məlumatı PTİ agentliyi yayıb.

Toqquşmalar nəticəsində yaralananların sayı 250-yə yüksəlib. Artıq şəhərin 4 rayonunda komendant saatı elan edilib.

Qeyd edək ki, Hindistan parlamentinin qəbul etdiyi vətəndaşlıq haqqında düzəlişə əsasən, bundan sonra Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlar Hindistan vətəndaşlığını sadələşdirilmiş qaydada alacaqlar. Məhz bu qanun müsəlmanların kəskin etirazına səbəb olub. Müsəlmanlar bu qanunun Konstitusiyaya zidd olduğunu bəyan edirlər. Xüsusilə etirazlar şimal-şərq ştatlarında başlayıb. Müsəlmanların fikrincə, bu qanun sayəsində Dehli müsəlman ştatlarına Banqladeşdən qaçqınlar köçürəcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ