SON DƏQİQƏ
» » İrandan son xəbər şok etdi: Çoxdan yayılıb, 50 ölü...

İrandan son xəbər şok etdi: Çoxdan yayılıb, 50 ölü...

Tarix:

24-02-2020, 21:48

/ 1 294 dəfə oxundu.
İrandan son xəbər şok etdi: Çoxdan yayılıb, 50 ölü...

İranda koronavirusa yoluxanların sayı 47 nəfərə çatıb.

GunAz.az xəbər verir ki, bunu İran parlamentinin rəsmi nümayəndəsi Əsədulla Abbasi deyib. O, koronavirusdan ölənlərin sayının 12-yə çatdığını bildirib.

Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 8-ə çatdığı bildirilmişdi. Ölüm halları Qum, Mərkəzi və Mazandaranda qeydə alınmışdı.

Qeyri-rəsmi məlumatda isə koronovirusdan ölənlərin sayının 18 olduğu bildirilir.

***

İranda koronavirusdan ölənlərin sayı 50-yə çatıb.

Bunu İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfər ölüb.

Millət vəkili koronavirusla mübarizənin nəticəsiz olduğunu bildirib:

“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur”.

Əmirəbadi hakimiyyəti koronavirusa nəzarət edə bilməməkdə ittiham edib:

"Koronavirus Qumda üç həftə əvvəl peyda olub, amma onun yayıldığını çox gec elan etdilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ